Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ilin sonuna qədər iki dəfə azalacaq

image-1626252641_9367243backend

Rusiya baş nazirinin müavini Aleksey Overçuk ölkəsinin Ermənistanla ticarət dövriyyəsinin bu ilin sonuna qədər iki dəfə azalacağını bildirib.

newsbaku.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Rusiya və Ermənistan arasındakı ticarətə gəlincə, onun həcmi artıq xeyli azalıb və keçən illə müqayisədə bu ilin sonuna qədər iki dəfə azalacağını gözləyirik. Yəni ötən il rəqəm 12.4 milyard dollar idisə, bu il yəqin ki, 6 milyard civarında, bəlkə də bir az çox olacaq”, – deyə o, jurnalistlərə bildirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki