Nizami rayonunda yanğın hadisəsi baş verib.
newsbaku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 550 m² olan birmərtəbəli obyektin dam örtüyünün taxta atmaları 15 m² sahədə və bir otağına yığılan mallar 5 m² sahədə yanıb.
Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
newsbaku.az