İtaliya sahillərində miqrantlarla dolu gəmi batıb – Onlarla ölən və itkin düşən var

image-d3yyxzo5kqzwaqwfztgmghgmnjiysyv7qjqtknbl_1200backend

İtaliyanın Lampeduza adası yaxınlığında miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

newsbaku.az bu barədə “Radio Radicale”yə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, hadisə nəticəsində təxminən 20 nəfər ölüb, daha 27 nəfər itkin düşmüş hesab olunur.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Hələlik rəsmi açıqlamalar və təfərrüat yoxdur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki