Uruqvaylı qapıçı Fernando Musleranın gedişindən sonra “Qalatasaray” yeni qapıçı almaq cəhdlərini sürətləndirib.
newsbaku.az “Haber Global”a istinadən xəbər verir ki, sarı-qırmızılılar “Mançester Siti”nin braziliyalı qapıçısı Edersonla prinsipial razılığa gəlib.
Məlumata görə, “aslanlar” qapıçını razı salsalar da, hazırda “Mançester Siti” klubu ilə transfer danışıqları davam edir.
newsbaku.az