Tailand hakimiyyəti Kambocaya qarşı hərbi uğurların saxta fotolarını yaratmaq üçün süni intellektdən istifadə etdiyinə görə sərt ittiham irəli sürüb.
newsbaku.az-ın “Thairath”a istinadən verdiyi xəbərə görə, bu bəyanat iki ölkə sərhədində vəziyyətin gərginləşməsi fonunda verilib.
İttihamlara səbəb Kamboca sosial şəbəkələrində və hərbçilər arasında Tailandın vurulmuş “F-16” qırıcısını əks etdirən görüntünün yayılması olub. Tailand tərəfi bu məlumatı qəti şəkildə təkzib edərək bildirib ki, patrulda olan altı döyüş təyyarəsinin hamısı təhlükəsiz şəkildə bazaya qayıdıb.
Tailand-Kamboca sərhədində vəziyyətin idarə olunması üzrə xüsusi mərkəzin nümayəndəsi Cirayu Huanqsapın sözlərinə görə, bu görüntü süni intellektin köməyi ilə yaradılmış aşkar saxtakarlıqdır. O, belə xəbərlərin Kamboca ordusunda əhvali-ruhiyyəni yüksəltmək üçün yaradıldığını bildirib.
Davam edən qarşıdurma fonunda Tailand hakimiyyəti Buriram, Surin, Sisaket və Ubonraçathani də daxil olmaqla sərhəd əyalətlərindən mülki insanları təxliyə edir.
newsbaku.az