Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan köç karvanı kəndə çatıb.
newsbaku.az “Report”a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 232 nəfərdən ibarət 60 ailəyə mənzillərin açarları təqdim edilib.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yenidən qurulan Cəbrayıl şəhərinə və Ağdam rayonunun Xıdırlı kəndinə yola salınıb.
newsbaku.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 50 ailə – 199 nəfər, Xıdırlı kəndinə 60 ailə – 232 nəfər köçürülür.
newsbaku.az