Bugünkü gün əhalinin 30%-dən çoxu avtobuslarda baş verən valideyn nəzarətsizliyindən şikayət edirlər. Azərbaycan kimi bir ölkədə valideyn nəzarətinin çox olduğunu düşünsək də bu belə deyil.
Hətta sürücülər belə bu vəziyyətdən şikayətçi olduğunu bildiriblər. Məsələnin daha dərindən bilmək üçün avtobus sürücülərindən məlumat aldıq.
newsbaku.az-ın 77 nömrəli avtobusun sürücülərindən aldığı məlumata görə sürücülər bildirirlər ki, bu vəziyyət onlar üçün də təhlükəli vəziyyət yaradır. Belə ki, azyaşlı uşaqların dəcəl olduğunu düşünsək bu normal haldır, amma valideynin onu qorumaması yolverilməzdir. Avtobusa daxil olduqdan sonra ilk oturacaq azyaşlı uşaqların zədələnmə ehtimalının yüksək olduğunu göstərir. Lakin valideynlər övladları ilə birlikdə oturacaq da əyləşərkən icazə olmayan yerdə otururlar, daha sonra adi bir qəza anında uşaq travma alır və bunun nəticəsində sürücünü günahkar hesab edirlər. Sürücülər belə bir situasiyada onlari əvvəlcədən xəbərdarlıq etdiklərini bildirib.
Belə hallarda valideyn sürücünü şikayət edir və loru dildə desək sürücünün çörəyinə bahis olurlar.
Valideynlərin fikirləri isə sürücülərlə üst-üstə düşmür. Buna səbəb valideynlərin ancaq sürücüdə günah görməsi olur. Valideynlərindən apardığımız sorğuya cavab o qədər də ürəkaçan deyil.
Onlar sürücülərin daha diqqətli olmasını və daha səbrlə davranmalarıni tələb edirlər. Lakin bu doğru deyil. Nəqliyyatdan istifadə zamanı qayda və qanunlar hər gün təkrar edilir, vətəndaşlari daha diqqətli olmağını səsləyirlər. Amma görünür ki bu Azərbaycan xalqı üçün çox da mümkün deyil.
Jalə Quliyeva
newsbaku.az