Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır

image-d2ba52e4-1780-3c82-9c40-1d3142684aa4_850-1backend

Çin İsrailin Qəzza sektoruna nəzarəti ələ keçirmək planları ilə bağlı “ciddi narahatlıq” ifadə edir və onu “təhlükəli hərəkətlərini dərhal dayandırmağa” çağırır.

newsbaku.az The Times of Israel-ə istinadən məlumatına görə, bu barədə ÇXR XİN-də bildiriblər.

“Qəzza Fələstin xalqına məxsusdur və onun ərazisinin ayrılmaz hissəsidir. Qəzza sektorunda humanitar böhranı yüngülləşdirməyin və girovların azad edilməsinə nail olmağın yeganə yolu dərhal atəşkəsdir”, – XİN-də bildiriblər.

ÇXR həmçinin “beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək sektorda döyüş əməliyyatlarına mümkün qədər tez son qoymağa” hazır olduğunu ifadə edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki