Ətraf mühitin təmizliyi bizim sağlamlığımız üçün mühüm amillərdəndir. Bu mühiti qoruyub gələcək nəsillərə ötürmək isə biz insanların əlindədir. Ətraf mühitin təmiz olması üçün dövlətimiz forum və tədbirlər keçirir. Bu tədbirlər sayəsində parklar, yaşayış əraziləri təmiz hala gətirilir.
Yay ayları gəldikdə ətraf mühitə xüsusi diqqət lazımdır. Düşünsək ki, istidə atdığımız tullantı ətraf mühitə ziyan vurur və bunun təbiətə və səhhətimizə ziyanı çoxdur, bu hallar azalar.
Bu dəfə rastlaşdığımız mənzərə daha fərqlidir. 30 il həsrətində olduğumuz Qarabağ, qonaqlar tərəfindən çirkləndirilib. Bu dözülməz haldır. Hansı ki bu torpaqlarda neçə-neçə şəhidimizin qanı, anaların göz yaşı var.
Bu barədə newsbaku.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov: “Bildiyimiz kimi Qarabağda ərazilərin çirklənməsinin qarşısı bu halla alına bilər. Həmin ərazidə Tullantı Emalı Zavodunun inşa olunması arzu olunandır. Hansı ki tullantılar çeşidlənsin və oradanda zavod və ya fabrik şəklində zibillərdən fayda əldə edilsin. Həmçinin bundan elektrik enerjisi də alına bilər və ya digər məhsulların təkrar emalı da ola bilər. Xüsusi olaraq gec əriyən, torpaqda gec məhlul şəklində həll olunan maddələrin həll olunmasıda ola bilər. Bu proseslərin qarşısını almaq da çətindir. Hansı ki məhsul torpaqda xarab olur, hətta bəziləri xarab olmur, çeşidlənmir, illərlə torpağı çirkli vəziyyətdə saxlayır. Bunun ən yaxşı variantı istehsal olunan zavod və xammalı məhsulları kimi istehsal etmək olar. Cəza tədbirlərinə gəldikdə isə bu hal qanun layihəsi olaraq qəbul olunduqdan sonra test şəklində həyata keçirmək olar. Cərimələr isə islahedici şəkildə olsa daha məqsədəuyğundur”, – deyə bildirdi.
Nuranə Məmmədova
newsbaku.az