Çarlz Oliveyra Rafael Fiziyevin döyüş təklifini qəbul etməsinin səbəbini açıqladı

image-soh8vo8gjtah5x8gidnn6bwpp25dahzzf8ofzrn0_1200backend

Məşhur UFC döyüşçüsü Çarlz Oliveyra oktyabrın 11-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək turnirdə azərbaycanlı Rafael Fiziyevlə döyüşü qəbul etməsinin səbəbini açıqlayıb.

newsbaku.az xəbər verir ki, braziliyalı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Çox şadam, sizin müsbət enerjinizə güvənirəm. Gəlin bir yerdə olaq! Hər şeyin pozitiv əhvali-ruhiyyədə alınmasını istəyirəm. Çox xoşbəxtəm. Rafael Fiziyevlə döyüşüm barədə hərə bir şey deyəcək, amma mən uzun müddətdir ki, Braziliyada döyüşmürəm və orada yenidən oktaqona çıxmaq üçün bunu qəbul etməyim vacib idi. Bayrağımızı dalğalandırmaq istəyirəm”, – deyə 36 yaşlı döyüşçü söyləyib.

Oliveyra iyulun 29-da kəmər uğrunda görüşdə gürcüstanlı İliya Topuriya ilə qarşılaşıb və ilk raundda nokautla məğlub olub.

Qeyd edək ki, Rafael Fiziyevlə Çarlz Oliveyra gecənin əsas döyüşündə üz-üzə gələcəklər. Fiziyev son olaraq Bakıdakı turnirdə çilili İqnasio Bahamondesi məğlub edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki