Moldovada paytaxt Kişineu Məhkəməsində baş tutan prosesdə Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul müxalif “Şor” Partiyasının maliyyələşdirilməsində qanun pozuntuları ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Natalya Bayram TASS agentliyinə açıqlama verib.
Vəkilin sözlərinə görə, məhkəmənin qərarı dərhal icra olunmalıdır. Bununla əlaqədar olaraq, Qutsul birbaşa məhkəmə zalından həbsxanaya aparılacaq.
Qeyd edək ki, prokurorluq onun üçün 9 illik həbs cəzası tələb edib.
Həmçinin “Şor” Partiyasının keçmiş katibi Svetlana Propan 6 il həbs cəzasına məhkum olunub.
newsbaku.az