Mahir Emreli: “Şalke” ilə görüşdə qol vurmaq istəyirəm”

image-novobackend

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Bild” nəşrinə müsahibəsində “Şalke” ilə görüşdə fərqlənmək istədiyini deyib.

newsbaku.az xəbər verir ki, “Kayzerslautern”də çıxış edən 28 yaşlı hücumçu II Bundesliqadakı növbəti mövsümdə yeni klubu ilə nəticələr qazanmaq istəyir.

“Növbəti görüşdə komanda ruhunun və koordinasiyanın daha yaxşı olacağına ümid edirəm. Mövsümün bizim üçün yaxşı keçəcəyinə və yuxarı yerlər üçün mübarizə aparacağımıza inanıram”.

Qeyd edək ki, “Kayzerslautern” II Bundesliqanın ilk turunda “Hannover”ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da “Şalke”ni qəbul edəcək.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki