Bəhruz Balayev Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımova müşavir təyin edilib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
Qeyd edək ki, Bəhruz Balayev Mərkəzi Bankda fəaliyyətə 2024-ci ilin iyul ayının 1-dən sədrin ofisi departamentində məsləhətçi vəzifəsi ilə başlayıb. 2025-ci ilin avqust ayının 1-dən etibarən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı beşə çatıb.
newsbaku.az