Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şahbuz şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Okean” kafedə aparılan plandankənar yoxlama zamanı gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət olunmadığı, çiy dönərin qəbulu və termiki emalı zamanı sanitariya qaydalarına əməl olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi aşkarlanıb.
newsbaku.az quruma istinadən xəbər verir ki, aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
“Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib.
Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir”, – deyə məlumatda qeyd olunub.
newsbaku.az