Azərbaycan Mərkəzi Bankı (AMB) “E-manat” əmtəə nişanının sahibi “Modenis” MMC-yə verdiyi lisenziyanın qüvvəsini məhdudlaşdırıb.
newsbaku.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, “Modenis” MMC-yə (Təşkilat) “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 5 iyun 2024-cü il tarixində EPT-003 nömrəli lisenziya verilib.
Təşkilatın müraciətinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
Qurum fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.
newsbaku.az