Türkiyənin “Qalatasaray” klubu Fernando Musleranın boşluğunu İngiltərə nəhəngi olan “Mançester Siti”nin ulduz qolkiperi Edersonla doldurmaq istəyir.
newsbaku.az “SporX”ə istinadən xəbər verir ki, İngiltərə klubu qolkiperin performansından narazı olduğu üçün yolları ayırmaq qərarına gəlib.
“Qalatasaray” rəsmiləri isə bu səbəbdən Edersonun transferi üçün “Manester Siti” ilə danışıqlara başlamaq istəyirlər.
Türkiyə mediasında yayılan xəbərlərə görə, tərəflər arasında ilk danışıqlar telefon vasitəsilə olub və müsbət yekunlaşıb.
Qeyd edək ki, “Qalatasaray” Ederson üçün “Mançester Siti” klubuna 10 milyon avro təklif etməyi planlaşdırsa da, qolkiperin ümumi dəyəri 25 milyon avrodur.
newsbaku.az