Xaçmazda yerli sahibkarların təşəbbüsü ilə mühüm layihə həyata keçirilib

image-o4ilndh32c7oisds3g939lni0tlerrpbbc9dg4vc_1200backend

Xaçmaz rayonunun Həsənqala kəndində yerli sahibkarların təşəbbüsü ilə mühüm infrastruktur layihə həyata keçirilir. Sahibkarların dəstəyi ilə kəndi Qusarçay-Yeni Həyat magistralı ilə birləşdirən yolun asfaltlanması işlərinə başlanılıb.

newsbaku.az xəbər verir ki, əsaslı təmiri aparılan yolun uzunluğu iki kilometr təşkil edir. Bu yol kənd əhalisinin gündəlik həyatında mühüm rol oynayacaq, hərəkətin daha rahat, təhlükəsiz və müasir standartlara uyğun şəkildə təşkilinə şərait yaradacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Həsənqala kəndində görülən işlərlə tanış olub. O, kəndin sosial həyatına əhəmiyyətli töhfə verəcək bu təşəbbüsü yüksək qiymətləndirərək, layihənin həyata keçirilməsində fəal iştirak edən sahibkarlara təşəkkürünü bildirib.

Elnur Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunun bariz nümunəsi kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Köhnə Xaçmaz-Xaspoladoba-Gəncəli-Bəbəli-Əzizli-Əhmədoba-Müşviq-Müşkür-Hacıqazma-Hacıəhmədoba-Şərifoba-Qaracəlli-Xəzərli avtomobil yolunun əsaslı təmiri işlərinə başlanılıb. Sözügedən yol 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirir və layihənin gələn il yekunlaşdırılması nəzərdə tutulur.

Sahibkarlar gələcəkdə də kəndin sosial-iqtisadi inkişafını təmin edən müxtəlif layihələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər. Onlar, eyni zamanda, ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

image-lnddrc2zdf84jyquzqvqiud7meefwdovtmrjlifd_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki