Azərbaycanda HAVADAN SU əldə ediləcək

image-02backend

Bu ilin sonuna kimi Azərbaycanda havadan suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri yekunlaşdırılacaq.

newsbaku.az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.

Məlumata görə, gələn il müvafiq sahə üzrə pilot layihə həyata keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.

Sözügedən işlər tamamlandıqdan sonra, 2027-ci ildən ölkədə havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı bir pilot layihənin icrasına başlanılacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki