Kilian Mbappe Fransa millisinin heyətində vurduğu qolların sayına görə II pilləyə yüksəlib

image-986840backend

Milli komandada 52-ci qolunu vuran Kilian Mbappe bombardirlər siyahısında ikinci pilləyə yüksəlib.

newsbaku.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin II turunun İslandiya ilə oyununda (2:1) “Real Madrid”in futbolçusu 45-ci dəqiqədə millinin heyətində 52-ci qolunu vurub.

Bu göstəricidə o, Tyerri Anrini (51) ötüb.

Fransa millisinin bombardiri isə aktivində 57 qolu olan “Lill”in hücumçusu Olivye Jirudur.

Qeyd edək ki, Mbappe 2017-ci ilin martında 18 yaş 3 ay 5 günlük olarkən millidə debüt edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki