Məşhur türkiyəli aktrisa Ceren Moray DJ sevgilisi Doğu Orcanla səs-küysüz, gizlicə ailə qurub.
Bu barədə newsbaku.az “Haber Global”a istinadən xəbər verir.
Tanınmış “Kavak yelleri” serialında canlandırdığı obrazla şöhrət qazanan və bir çox məşhur layihələrdə rol alan aktrisa ikinci dəfə ailə həyatı qurub. Ceren Moray və Doğu Orcan cütlüyünün dəniz sahilində keçirilən toy mərasimində ailə üzvləri və yaxın dostları iştirak ediblər.
Xoşbəxtliklərini izləyiciləri ilə də bölüşən cütlük nikah şəhadətnaməsini “Instagram” hesabında paylaşıb. Aktrisa gəlinlik əvəzinə sadə ağ paltara üstünlük verib.
newsbaku.az