Bakıda dəhşətli qətl – 34 yaşlı kişi öldürüldü, meyiti hissələrə bölünüb dərəyə atıldı

image-izobrazhenie_2025-08-11_120633911backend

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

newsbaku.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Avqustun 3-də Ağsu rayon sakini, 1977-ci il təvəllüdlü Fazil Feyzullayev Nəsimi rayonunda kirayədə birgə yaşadığı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevlə mübahisə edib. Mübahisə ailə söyüşünə görə olub. İ.Əliyev mübahisə zamanı F.Feyzullayevi söyüb. Nəticədə F.Feyzullayev otaq yoldaşını yatdığı yerdə qətlə yetirib. Daha sonra o, meyiti hissələrə bölüb sellofan torbalara yığaraq, gizlədib.

Hadisədən bir neçə gün sonra isə o, meyiti avtomobillə Ağsu dolaylarına gətirib. Meyitin iki torbasını Ağsu dolaylarından dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin üstü açılıb və F.Feyzullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki