İsrail ordusu bu gün ikinci dəfə Suriya ordusunun baş qərargahının binasına zərbə endirib.
newsbaku.az xəbər verir ki, hadisə anbaan yerli telekanallardan birinin canlı efirinə düşüb.
Belə ki, jurnalist canlı yayında olarkən İsrail qırıcısı hədəfə zərbə endirib və jurnalist dərhal efiri tərk edib.
Qeyd edilib ki, İsrail bu gün Dəməşqdə prezident sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya ordusunun baş qərargahının binasını hədəfə alıb.
newsbaku.az