Marsdan gələn sərvət: Rekord qiymətə SATILDI

image-54-1752494015backend

Nyu-Yorkda keçirilən hərracda Yer üzündə indiyədək tapılmış ən iri Mars mənşəli meteorit rekord qiymətə – 5,3 milyon dollara satılıb.

newsbaku.az xəbər verir ki, bu barədə məlumatı “Sotheby’s” hərrac evi yayıb.

Qeyd olunur ki, satışa çıxarılan meteoritin çəkisi 24,67 kiloqram təşkil edir.

Bildirilib ki, meteoritin səthində onun sürətlə Yer atmosferinə daxil olması zamanı yüksək temperaturdan yaranan çuxurlar və izlər də aydın görünür.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki