Bu gün səhər Belçika parlamenti, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi olaraq terror təşkilatı kimi tanıyan qətnaməyə səs verib.
newsbaku.az Azad İran “Telegram” kanalına istinadən xəbər verir ki, parlamentin iranəsilli millət vəkili Dərya Səfai bununla bağlı, “X” platformasında paylaşım edərək bildirib ki, qəbul olunan sənəd Avropa İttifaqını da SEPAH-a qarşı eyni mövqe tutmağa çağırır.
Qətnamə, İran hakimiyyətinin həm ölkə daxilində, həm də bölgədə artan müdaxilə cəhdlərinə qarşı beynəlxalq narahatlıqlar fonunda qəbul edilib. Bu qərar SEPAH və İran hakimiyyətinə qarşı Avropada təzyiqlərin artması ilə nəticələnə bilər.
newsbaku.az