Azərbaycanlı hakim Çempionlar Liqası oyununa təyinat alıb

image-1200-1backend

FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqası oyununa təyinat alıb.

newsbaku.az xəbər verir ki, E.Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki