Şəki və Zaqatalada YOXLAMALAR – 96 müəssisədə NÖQSANLAR AŞKARLANIB

image-oip-7backend

Şəki və Zaqatalada cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 96 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

newsbaku.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 16 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən ikisi tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 14-də isə müvafiq tədbirlər görülməkdədir.

Sahibkarlıq subyekti Obyekt Fəaliyyət ünvanı Sağlamlaşdırma işləri
1 Məsimov Cəlil Feyruz oğlu “Sərin” kafesi Qəbələ rayonu, Nohurqışlaq kəndi Sağlamlaşdırılma işləri davam edir
2 Məhərrəmov Rafiq Əlimurad oğlu “Nihat” kafesi Qəbələ rayonu, Tikanlı kəndi Sağlamlaşdırılma işləri davam edir
3 Məmmədov Namiq Murtuz oğlu “Qədim Laza” kafesi Qəbələ rayonu, Laza kəndi Sağlamlaşdırılma işləri davam edir
4 Əliyev Rahim Dadaş oğlu “Qəbələmiz” kafesi Qəbələ şəhəri,

28 May küçəsi

Sağlamlaşdırılma işləri davam edir
5 Mustafayev Ramin Muxtad oğlu “Sülhan” kafesi Qəbələ şəhəri, H.Əliyev prospekti, Laza körpüsünün yaxınlığı Sağlamlaşdırılma işləri davam edir
6 Xəlilov Ruslan Mahir oğlu “Kübar” kafesi Qəbələ şəhəri, H.Əliyev prospekti Sağlamlaşdırılma işləri davam edir
7 Ukalayeva Rəisət Şəmsəddin qızı “Xalanın” kafesi Balakən şəhəri, H.Əliyev prospekti Sağlamlaşdırılma işləri davam edir
8 Səfərəliyev Seymur Kərəm oğlu “Seymur” kafesi Şəki rayonu, Baş Kəldək kəndi Sağlamlaşdırılma işləri davam edir
9 Bəkirov Orxan Söhrab oğlu “Əsgər” kafesi Şəki rayonu, Cəfərabad kəndi Sağlamlaşdırılma işləri davam edir
10 Güliyev Rza Cahangir oğlu kafe Şəki rayonu, Baş Şabalıd kəndi Sağlamlaşdırılma işləri davam edir
11 Süleymanov Gündüz Abduləli oğlu kafe Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti Sağlamlaşdırılma işləri davam edir
12 Xəlilov Ceyhun Məhəmməd oğlu “Xan Bulağı” kafesi Qax rayonu, Laza kəndi Sağlamlaşdırılma işləri davam edir
13 İbrahimov Fəryad Fərhad oğlu “Fəryad” kafesi Zaqatala şəhəri, Ç.Atalov küçəsi 1A Sağlamlaşdırılma işləri davam edir
14 Balacayev Eldar Yəhya oğlu “Elte” kafesi Zaqatala rayonu, Əliabad qəsəbəsi Sağlamlaşdırılma işləri davam edir
15 Zurabov Azad Feyzullah oğlu “Ayxan” kafesi Zaqatala şəhəri, M.Məmmədov küçəsi Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
16 Məmmədov Fərhad Məhəmməd oğlu “Vağzal” kafesi Zaqatala şəhəri, V.İsmayılov

küçəsi 40A

Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki