“Azersky-2″ peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq”.
newsbaku.az Oxu.Az -a istinadən xəbər verir ki, bunu “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin Tematik emal bölməsinin rəhbəri Murad Camalov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında – “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qafqazda öz peyklərinə sahib olan yeganə ölkədir:
“Bu peyklərdən 2-si – “Azerspace-1” və “Azerspace-2” telekommunikasiyalarından ibarətdir.
“Azersky-2” isə 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq. Yeni nəsil “Azersky-2″ peyki daha keyfiyyətli və daha dəqiq məlumat təminatı ilə ölkəmizə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafında öz böyük dəstəyini göstərəcək”.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın kosmosdakı peyki “Azersky” ilə əlaqə kəsilmiş və peyk fəaliyyətini dayandırmışdı.
newsbaku.az