38 yaşlı Messi bombardir oldu

image-inter-miami-cf-v-new-york-red-bullsbackend

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin bombardiri olub.

newsbaku.az xəbər verir ki, 38 yaşlı hücumçu Cənubi Amerika zonasında keçirilən seçmə oyunlarda səkkiz qol vurub.

Bu isə 1996-cı ildən bəri turnirin indiki formatda təşkil olunmasından sonra ən aşağı göstərici kimi tarixə düşüb.

2026-cı il Dünya Çempionatına Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay birbaşa vəsiqə qazanıblar. Pley-off mərhələsində isə Boliviya mübarizə aparacaq. Venesuela, Peru və Çili mundialdan kənarda qalıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki