Deputatdan TƏKLİF: “Sosial sığorta məbləğinin heç olmasa, 30 faizi əvvəlcədən ödənilsin”

image-451534backend

“Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməlidir”.

newsbaku.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli komitənin sentyabrın 10-da keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur:

“Bu çox uzun müddətdir. Hesab edirəm ki, sosial sığorta məbləğinin heç olmasa, 30 faizi əvvəlcədən ödənilərsə, daha məqbul olar”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki