Azərbaycanda iki ildən sonra SÜNİ YAĞIŞ texnologiyasından istifadə ediləcək

image-kakokairia-attiki-1280x720-1backend

Növbəti iki il ərzində Azərbaycanda süni yağış texnologiyasından istifadə edilməsi nəzərdə tutulur.

newsbaku.az bu barədə Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.

Belə ki, ölkədə hazırda süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılır. Bu ilin sonunadək bu texnologiyanın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri başa çatdırılacaq.

2026-cı ildə müvafiq sahədə pilot layihə həyata keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.

Bu işlər başa çatdırıldıqdan sonra 2027-ci ildə Azərbaycanda süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki