Portuqaliyada dəhşətli funikulyor qəzası: Yaralıların sayı artdı

image-bus-ny_6001840a90068backend

Lissabonda (Portuqaliya) “Elevador da Qloriya” funikulyorunun relsdən çıxması nəticəsində xəsarət alanların sayı 23-ə çatıb.

newsbaku.az xəbər verir ki, bu barədə “Jornal de Noticias” qəzeti polisdəki mənbəyə istinadən məlumat yayıb.

Beşdən çox zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Bundan başqa, qəza nəticəsində azı 15 nəfər həlak olub.

Bir gün əvvəl hər gün yüzlərlə turisti və yerli sakini daşıyan məşhur “Elevador da Qloriya” funikulyorunun kabinəsi relsdən çıxaraq aşıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki