Kallas: “Çin, Rusiya və İranın ittifaqı Qərbə açıq meydan oxuyur”

image-blquuhhn8bjnjmm5yqjrmlvubfxslitf1ft6ezip_1200backend

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən son sammitini Qərb üçün ciddi təhdid adlandırıb.

newsbaku.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalı bu barədə ISNA agentliyinə istinadən məlumat yayıb.

K.Kallas bu toplantını “avtoritar qüvvələrin birləşdiyi görüş” kimi xarakterizə edərək, onun həm Qərbə, həm də mövcud beynəlxalq sistemə birbaşa meydan oxuduğunu bildirib.

O, Brüsseldə Aİ komissarlarının iclasından sonra təşkil olunan mətbuat konfransında Pekində keçirilən sammitin xüsusilə təhlükəli mesaj verdiyini vurğulayıb:

“Orada Rusiya, İran və Şimali Koreya liderlərinin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə yanaşı çıxış etməsi sadəcə anti-Qərb şousu deyil, beynəlxalq nizamı sarsıtmağa yönəlmiş bir çağırışdır”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki