Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Ağanəbi Əliyev barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti iclas sentyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin mayında Maştağa qəsəbəsinin Nəriman Nərimanov küçəsi, 71, mənzil 62 ünvanında baş verib. 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlinini – Dürdanə Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir.
Hadisənin tərəflər arasındakı mübahisə zamanı işlədilən sərt ifadələr nəticəsində törədildiyi bildirilir.
Onu da qeyd edək ki, qətlə yetirilən Dürdanə Əliyevanın üç azyaşlı övladı qalıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda CM-in 120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
newsbaku.az