Hindistan rupisi Trampın təhdidləri fonunda tarixi minimuma endi

image-rupibackend

ABŞ dollarının Hindistan valyutasına nisbətdə məzənnəsi (USD/INR) avqustun 5-də “Forex” beynəlxalq bazarında ticarət zamanı 0.48% bahalaşaraq, Bakı vaxtı ilə saat 6:04-ə 1 dollar üçün 88.102 rupiyə çatıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Məlumata görə, dollar ilk dəfə 88 rupi göstəricisini keçib, Hindistan valyutası isə tarixi minimumunu yeniləyib, əvvəlki eniş piki 2024-cü il fevralın 10-da qeydə alınıb – bir dollar üçün 87.997 rupi.

Bakı vaxtı ilə saat 11:02-də artım yavaşıyıb – dollar məzənnəsi 87.838 rupiyə düşüb (əvvəlki günün bağlanışı ilə müqayisədə +0.18%).

“Reuters” qeyd edir ki, rupi məzənnəsi ABŞ Prezidenti Donald Trampın Hindistan tərəfindən Rusiya neftinin alqı-satqısına görə Hindistan mallarına rüsumları “əhəmiyyətli dərəcədə” artırmaqla bağlı təhdidləri fonunda düşüb. Bu, bazarda auranı pisləşdirib, həmçinin xarici kapitalın Hindistan bazarından çıxması ilə bağlı narahatlıqları artırıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki