“Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə e-ahik.az (Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi) istifadəyə verilib. 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1.5 dəfə çoxdur”.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı icra olunur.
Həmçinin məlumat verilib ki, 148 şəhid ailəsinə isə alış-veriş kartları təqdim edilib. Bundan başqa, 20 Yanvar şəhidlərinin 95 ailə üzvünə birdəfəlik maddi dəstək göstərilib. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində şəhid övladları üçün “Abşeron” sanatoriyasında “Texno Qəhrəmanlar” master-klası təşkil olunub.
newsbaku.az