ABŞ-nin İsraildəki səfiri HƏMAS-a arıqlamaq üçün dərman tövsiyə edib

image-1200-2backend

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi HƏMAS üzvlərinə arıqlamaq üçün istifadə edilən “Ozempic” dərmanını qəbul etməyi tövsiyə edib.

newsbaku.az xəbər verir ki, diplomat bu barədə hazırda ABŞ-də işləyən məşhur britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

Səfirin sözlərinə görə, HƏMAS hərəkatını dinc əhalinin tox olub-olmaması maraqlandırmır.

“Bizi ancaq insanların qida ilə təminatı maraqlandırır, amma HƏMAS üçün bunun heç bir əhəmiyyəti yoxdur”, – deyə Mayk Hakabi vurğulayıb.

ABŞ səfiri əlavə edib ki, HƏMAS üzvlərinin fotolarına baxmaq kifayət edir ki, orada ac adamın olmadığı görünsün.

Qeyd edək ki, Qəzza zolağında yaşanan ərzaq çatışmazlığı ilə əlaqədar İsrail tərəfi HƏMAS döyüşçülərini günahlandırır. Bildirilir ki, təşkilat humanitar yardım maşınlarını ələ keçirərək döyüşçülərin ehtiyacları üçün istifadə edir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki