UEFA Çempionlar Liqası: “Qarabağ” “Şkendiya” ilə üz-üzə

image-1200-1backend

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün doğma meydanda “Şkendiya”nı qəbul edəcək.

newsbaku.az xəbər verir ki, görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Xatırladaq ki, görüşün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş” – “Ludoqorets” cütünün qalibi ilə üz-üzə gələcək. Hər iki cütün məğlubu isə UEFA Avropa Liqasının pley-off mərhələsində, Liqa mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, “Qarabağ”la “Şkendiya” arasında keçirilən ilk görüşü təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

12 avqust

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

Saat 20:00, “Qarabağ” – “Şkendiya”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki