Ermənistan parlamentinin spikeri Alen Simonyan gənc nəslə müraciət edərək Azərbaycanla imzalanmış sülh sazişinin tarixi əhəmiyyətini vurğulayıb.
newsbaku.az-ın verdiyi məlumata görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
O, müqavilənin gənclər üçün yeni perspektivlər açdığını vurğulayıb.
“Ermənistan və Azərbaycan arasında imzalanan sülh sazişi ölkəmiz üçün iqtisadiyyatın gücləndirilməsi, təhsilin inkişafı və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində böyük imkanlar və geniş qapılar açır. Sizin nəsliniz davamlı sülhün ən böyük qurucusu və qoruyucusu olacaq. İnanıram ki, birlikdə məhdudiyyətlər, qeyri-müəyyənlik və qorxu olmadan arzularınızı həyata keçirə biləcəyiniz təhlükəsiz, ədalətli və çiçəklənən Ermənistan quracağıq”, – deyə o bəyan edib.
newsbaku.az