Termik depressiya iki ölkəni vurub: Rekord temperatur qeydə alındı

image-1200-1backend

Ərəbistan yarımadasından gələn termik depressiya səbəbindən Kiprdə və Türkiyənin əksər hissəsində ekstremal istilər yaşanır.

newsbaku.az-ın xəbərinə görə, bu barədə “Meteonovosti” agentliyinin baş mütəxəssisi Tatyana Pozdnyakova “Telegram” kanalında məlumat verib.

Sinoptikin məlumatına görə, avqustun 10-da və 11-də Kiprin paytaxtı Nikosiyada temperatur rekordu qeydə alınıb – hava 41.4 dərəcəyə qədər qızıb. Avqustun 11-də Türkiyənin İzmir şəhərində maksimal temperatur – 42.6 dərəcə isti müşahidə olunub.

“Aralıq dənizinin şərqindəki su çox isti – 29 dərəcədir ki, bu da Tailand sahillərindəki Sakit və Hind okeanlarının tropik zonasındakı temperaturla müqayisə edilə bilər”, – deyə Pozdnyakova əlavə edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki