Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkəyə səfər edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çonu qəbul edib.
newsbaku.az Qazaxıstan prezidentinin mətbuat xidmətinin saytına istinadən xəbər verir ki, görüşün rəsmi hissəsinin sonunda səmimi görüntülər olub.
Belə ki, Taekvondo Federasiyasının prezidenti Qazaxıstan prezidentinə qara kəmər bağışlayıb, daha sonra Kasım-Jomart Tokayev yumruğu ilə simvolik lövhəni qırıb.
Öz növbəsində Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilib.
newsbaku.az