Ermənistanda narkotik qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşı saxlanılıb.
newsbaku.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi zəncirini aşkar edərək, 1.5 kq-dan çox narkotik vasitəni müsadirə ediblər.
Bir neçə gün əvvəl gömrükçülər İrandan gələn yük avtomobilinə baxış zamanı içərisində 282 qram metamfetamin olan polietilen torba və içərisində 33 qram həşiş yağı olan metal qab aşkar ediblər. Yük maşınının sürücüsü, İran vətəndaşı M.N. saxlanılaraq İstintaq Komitəsinin Sünik rayonu üzrə şöbəsinə aparılıb və barəsində cinayət işi açılıb.
İran vətəndaşının avtomobilinə baxış zamanı oradan 650 qram narkotik vasitə aşkar edilib. Daha sonra məlum olub ki, o, narkotiki İrəvandakı qəbiristanlıqlardan birinə yerləşdirməli imiş. Əməliyyat zamanı narkotik alverçiləri – Ermənistan vətəndaşları olan ər-arvad saxlanılıblar.
newsbaku.az