“Anadolu Jet”dən yeni qadağa

image-anadolujet_1backend

Türkiyənin “Anadolu Jet” (AJet) aviaşirkəti digər iri xarici daşıyıcıların ardınca təyyarədə poverbanklardan istifadəni qadağan edib.

newsbaku.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Qərarın Türkiyə Mülki Aviasiya Baş İdarəsinin müvafiq tövsiyəsi əsasında qəbul edildiyi bildirilir.

Artıq litium batareyaları olan portativ şarj cihazları, eləcə də elektron siqaretlər, ehtiyat və ya xarici batareyalar təyyarələrin salonunda əl yükü ilə aparıla bilməz.

Oxşar qərarlar əvvəllər “Türk Hava Yolları” və “Pegasus”, eləcə də digər aviaşirkətlər tərəfindən verilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki