6 Milyon Dollarlıq Banan Yenə Yeyildi – Maurizio Cattelan’ın “Comedian” Əsəri Təkrar Hadisə Yerində

image-izobrazhenie_2025-08-11_114954287backend

Fransanın Centre Pompidou-Metz muzeyində nümayiş olunan məşhur italyan rəssamı Maurizio Cattelanın “Comedian” adlı əsəri — divara yapışdırılmış real banan — yenə bir ziyarətçi tərəfindən yeyilib. Muzeyin təhlükəsizlik işçiləri dərhal müdaxilə edərək bananı yenisi ilə əvəz ediblər.

newsbaku.az xəbər verir ki, muzey rəhbərliyi bildirib ki, banan əsərin dəyişdirilə bilən hissəsidir və müəllifin təlimatına əsasən mütəmadi olaraq yenilənir. Cattelan isə zarafatla qeyd edib ki, ziyarətçi əsərin tam konseptini başa düşməyib, çünki bananı sənət əsəri kimi deyil, sadəcə qəlyanaltı kimi görüb.

Bu, əsərin yeyilməsi ilə bağlı ilk hadisə deyil. 2019-cu ildə Art Basel Miami sərgisində, 2023-cü ildə Seulda və 2024-cü ildə əsərin sahibi, kripto sahibkarı Justin Sun tərəfindən də banan yeyilmişdi.

Jalə Raminqızı

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki