Tovuz rayonunda 44 yaşlı kişi küçədə ölüb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Anar Əsgərovun kənd ərazisində meyiti tapılıb.
Araşdırmalarla məlum olub ki, A.Əsgərov kənddə olarkən qəfil ürək çatışmazlığından dünyasını dəyişib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
newsbaku.az