Azərbaycan Premyer Liqasında çıxış edən klubların heyətlərinin hazırkı dəyəri bəlli olub.
newsbaku.az Oxu.Az’a istinadən xəbər verir ki, siyahıya heyətinin dəyəri 23.95 milyon avro olan “Qarabağ” başçılıq edir.
“Zirə” 14.05 milyon avro ilə ikinci, “Sabah” isə 12.38 milyon avro ilə üçüncüdür.
Dördüncü sırada qərarlaşan “Araz-Naxçıvan”ın hazırkı heyətinin dəyəri 9.18 milyon avrodur.
“Neftçi” 8.73 milyon avro dəyərlə beşinci, “Turan Tovuz” 7.70 milyon avro ilə altıncıdır.
Yeddinci yerdəki “Sumqayıt”ın heyətinin ümumi dəyəri 4.70 milyon avro, səkkizinci pillədəki “Şamaxı”nın isə dəyəri 3.53 milyon avrodur.
“Kəpəz” 3.38 milyon avroluq heyəti ilə doqquzuncudur.
Heyəti ən aşağı olan klublarımız isə “Qəbələ”, “İmişli” və “Karvan”dır.
Heyətinin dəyəri hərəyə 400 min avro olan Qəbələ və İmişli təmsilçisi 10-cu və 11-ci pillələri bölüşürlər.
Sonuncu yerdəki “Karvan”nın (Yevlax təmsilçisi) heyətinin dəyəri cəmi 275 min avrodur.
1. “Qarabağ” – 23.95 milyon avro;
2. “Zirə” – 14.05 milyon avro;
3. “Sabah” – 12.38 milyon avro;
4. “Araz-Naxçıvan” – 9.18 milyon avro;
5. “Neftçi” – 8.73 milyon avro;
6. “Turan Tovuz” – 7.70 milyon avro;
7. “Sumqayıt” – 4.70 milyon avro;
8. “Şamaxı” – 3.53 milyon avo;
9. “Kəpəz” – 3.38 milyon avro;
10. “Qəbələ” – 400 min avro;
11. “İmişli” – 400 min avro;
12. “Karvan” – 275 min avro.
newsbaku.az