Salyan şəhər mərkəzində qaz təchizatı dayandırıldı

image-1200-1backend

Salyan şəhər mərkəzinin təbii qaz təchizatı dayandırılıb.

newsbaku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Salyan daxili” QTM-dən qidalanan şəhər mərkəzini təbii qazla təmin edən 160 mm-lik PE yeraltı orta təzyiqli qaz kəmərini kanalizasiya xətti çəkən podratçı şirkətə məxsus texnika tərəfindən qazıntı işləri aparan zaman zədələnməsi nəticəsində 17.07.2025-ci il saat 10:15-dən etibarən təmir işləri başa çatanadək Salyan şəhər mərkəzinin (ümumi 6 000 abonent) qaz təchizatı daxildən dayandırılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki