“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb

image-rmbackend

İtaliyanın “Roma” klubu qapıçısı Mile Svilar ilə müqavilənin müddətini uzadıb.

newsbaku.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı serbiyalı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, qolkiper 2024/2025 mövsümündə A Seriyasında 16 matçda qapısını toxunulmaz saxlayıb. “Canavarlar” 2025-ci ildə 11 qarşılaşmada qol buraxmayıb, bu da Avropanın Top-5 çempionatında ən yüksək göstəricidir.

Mile Svilar mövsümün sonunda A Seriyasının ən yaxşı qapıçısı seçilib. 2022-ci ildən “Roma”da çıxış edən oyunçu ümumilikdə 88 görüşdə meydanda olub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki