Avrokuboklarda həftənin oyunlarından sonra ölkələrin UEFA əmsallar cədvəlində dəyişikliklər olub.
newsbaku.az xəbər verir ki, Azərbaycan da 2025/26 mövsümündə xal ehtiyatını artırıb.
Bu, “Sabah”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniyada “Selye” ilə əlavə vaxtda heç-heçə etməsi (3:3, əsas vaxt 2:3) sayəsində mümkün olub.
Xatırladaq ki, Bakıda rəqibinə 2:3 hesabı ilə uduzan “Sabah” turnirlə vidalaşıb. Paytaxt təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirəcək.
“Sabah”ın heç-heçəsi ölkəmizə 0.125 xal qazandırıb (bu mərhələdə heç-heçəyə görə verilən yarım xal klublarımızın sayına – 4-ə bölünür). Azərbaycan (17.250) hazırda 29-cu pillədə qərarlaşıb. 28-ci pillədəki Ukraynanın 17.875, 30-cu pillədəki Bolqarıstanın isə 16.500 xalı var.
Qeyd edək ki, UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.
newsbaku.az