“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mənim yaxşı dostlarımdır”.
newsbaku.az–ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Onillərlə davam edən müharibə və insan ölümündən sonra sülh müqaviləsi imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birlikdə olmaq mənim üçün böyük şərəf idi. Onlar həm möhtəşəm insanlar, həm də böyük liderlərdir. İndi onlar mənim yaxşı dostlarımdır!” – paylaşımda deyilir.
newsbaku.az