Colossal Biosciences “Taxt oyunları” ilhamlı canavarlar yaratdı: Rem, Romul və Khaleesi qorxu doğurur.

image-izobrazhenie_2025-08-06_130108592backend

Colossal Biosciences şirkəti boz qurdun DNT-sini dəyişdirərək “qeysəriyyə əməliyyatı” ilə üç nadir canavar balasını dünyaya gətirib. Onlar 2024 və 2025-ci illərdə anadan olub, adlarını “Taxt oyunları” serialının məşhur obrazlarından götürüblər.

Rem və Romul qardaşları, Roma şəhərinin qurucularının şərəfinə adlandırılıb, Khaleesi isə serialın qadın qəhrəmanından ilhamlanıb. Bu canavarlar boz qurd balalarından iri bədənli, geniş çiyinli və ağ kürklüdür.

Hazırda 800 hektarlıq ekoloji qoruqda yaşayan heyvanlar genetik modifikasiyaların təsiri üçün yaxından izlənilir. Bu layihə heyvanların genetik “dirildilməsi” sahəsində önəmli addım hesab olunur.

Jalə Quliyeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki